Ağız xərçəngi
Ağız xərçənglərinin əksəriyyəti 45 yaşından yuxarı olan insanlarda ortaya çıxır və kişilərdə meydana gəlmə ehtimalı qadınlara nisbətlə 2 qat çoxdur.
Ağız xərçənglərinin meydana gəldiyi bölgələr əsasən; dil, ağız döşəməsi, dil kökünə yaxın yumşaq damaq sahələri, dodaqlar və diş ətləridir. Ağız xərçəngləri erkən dövrdə yoxlanılaraq müalicə təmin edilməzsə yayılaraq davamlı ağrı, funksiya itkisi, müalicə sonrası düzəldilməsi mümkün olmayan üz və ağız deformasiyalarına və ölümə səbəb ola bilər. Həkim-stomatoloqa nizamlı gedilməsi ağız xərçənglərinin erkən dövrdə aşkarlanması baxımından da əhəmiyyətlidir. (təbii ki savadlı stomatoloqdan söhbət gedir.)
Ağız xərçənglərinin səbəbləri nələrdir?
Ağız xərçənglərinin qəti səbəbi tam olaraq naməlumdur. Buna baxmayaraq, stres, termiki mexaniki və kimyəvi qıcıqlandırıcılar, tütün məhsulları, spirt və bəzi qidalardakı karsinogen maddələr və çox günəş işığına məruz qalınması kimi faktorların ağız xərçəngi riskini artırdığı bizə məlumdur. Genetik uyğunluq da ağız xərçəngləri üçün risk faktorları arasındadır.
Ağız xərçənglərinin olabiləcək əlamətləri:
Ağız içində və ya ətrafında ağ və ya qırmızı rəngli sahələr Ağız içində həssas, qabarıq və ya qalınlaşmış sahələrin olması, ağızda və ya boğazda təkrarlanan qanamalar, səsdə boğuqluq və ya boğazda udulmayan cisim hissi, dişləmə və udma çətinliyi, dil və çənə hərəkətlərində çətinlik çəkmək. Dil və ya ağızın digər bölgələrində hissiyatın itməsi, keylik alt və ya üst çənədə meydana gələn şişkinliklər və bunun nəticəsində mövcud protezin agız boşluğunda uyğunluğunun pozulması. Ağız xərçəngi lezyonları başlanğıc dövründə ağrısızdır, xərçəng irəliləyərək sağlam ağız toxumalarını məhv etdikcə ağrı şikayəti də başlayır.Xəstənin özünün, xərçəng olmasını bilməsi bəzən geç ola bilər . Bu səbəblə nizamlı həkim-stomatoloqa gedilməsi son dərəcə əhəmiyyətlidir.
Ağız xərçəngi riskinin azaldılması üçün:
1. Siqaret, tənbəki kimi tütün məhsullarından istifadə etməyi, tütün çeynəməyin.
2. Spirt istifadə edirsinizsə, həddindən artığa qaçmayın. Yüksək dozalı spirtli içkilər qəbul etməyin.
Həm spirt həm də tütün məhsullarını istifadə edən kəslərdə ağız xərçəngi riski spirt və tütün məhsullarını istifadə etməyən kəslərə görə 15 qat artmışdır.
3. Meyvə və tərəvəzdən zəngin qidalarla bəslənin (araşdırmalar bu cür diyetin ağız xərçəngi riskini azalda biləcəyini irəli sürməkdədir)
4. Nizamlı olaraq stomatoloqa getməyə laqeyd yanaşmayın.