Ağız qoxusu (HALITOZ)

10.01.2013 15:41

   Ağız qoxusu indiki vaxtda mədəni cəmiyyətlər də daxil olmaq üzrə olduqca məşhurdur. Psixoloji problemləri özü ilə gətirir. Ağız qoxusunun səbəb olduğu ictimai problemlər bioloji problemlərdən daha çoxdur. Hətta əgər ağız qoxusu ictimai bir problem meydana gətirməsəydi bəlkə də bir xəstəlik olaraq görülməyəcək, müalicəsi üçün səy sərf edilməyəcəkdi. Ağız qoxusundan şikayət edən fərdlər ictimai həyatlarında özlərinə olan etibarlarını itirə bilərlər. Bəs ..

 1. Ağız qoxusunu necə aradan qaldırmaq olar?

 2. Ağız qoxusunun səbəbləri nələrdir?

 3. Ağız qoxusundan xilas olma yolları hamsılardır?

 4. Ağız qoxusu testi nədir? (Halitometr)

Ağız qoxusu (Halitoz) nədir?

Ağızdakı çirkin qoxuya qısaca ağız qoxusu və ya halitoz deyilir. Ağız qoxusunu bir xəstəlik olaraq təyin etmək çətindir. Ancaq ağız qoxusu çox əhəmiyyətli xəstəliklərin işarəçisində də ola bilər. Ağız qoxusunu PATOLOJİ və FİZİOLOJİ olmaq üzrə iki qisimə ayırmaq mümkündür.

1. Fizioloji ağız qoxusu:

 Hər sağlam fərd səhər oyandığında həzm kanalında yığılan qazlar və ya dil kürəyində törəyən bakteriyaların səbəb olduğu ağız qoxusu ortaya çıxa bilər. Dil kürəyini fırçalamaq və davamlı olmamaq şərtiylə tərkibində sink olan ağız qarqaraları istifadə etmək və saqqız çeynəmək ağız qoxusunu bir az aradan qaldıra bilər.

 Bəslənmə sonrasında görülən, nəfəsdəki (ağızdakı deyil) çirkin qoxu da fiziolojidir. Məsələn sarımsaq yeyən bir insanın qanına keçən uçucu aromatik birləşmələr, çölə atılır. Qan qazlarının ağciyərdən ayrılmasının səbəbi olduğu bu qoxu bir xəstəlik deyil. Müalicə tələb etməz.

 2. Patoloji ağız qoxusu (Həqiqi halitoz):

 Patoloji halitoz olan xəstələr həkim-stomatoloqa ağız qoxusu şikayətiylə müraciət etməyə bilərlər. Ağızlarındakı çirkin qoxunun ya fərqində deyildirlər, ya həmin qoxuya artıq alışmışlar və ya qəbul etmişlərdir.

 

 Patoloji halitoz hadisələri 3 kateqoriyaya ayrılır:

Tip-1: Ağızının iy verdiyi xəstənin özü aşkar edir. Belə xəstələrin 24%-i.stomatoloqa müraciət edirlər. Ümumiyyətlə ağızlarındakı qoxunu qəbul etmişlərdir. Halitozdan fərqli bir şikayət ilə stomatoloqa müraciət edirlər. Stomatoloqun xəbərdarlığı ilə müalicəyə başlayırlar.

Tip-2: Qoxunu, xəstənin özünün deyil, yaxınları aşkar edir. Belə xəstələrin 50%-i stomatoloqa müraciət edirlər.

Tip-3: Ağız qoxusu, xəstənin özü və ya yaxınlarının aşkarlanması deyil, sadəcə şübhəsi və ya təxminidir. Xəstənin bəzi dövrlərdə bundan şikayət edirlər. Belə xəstələrin daha böyük bir qismi stomatoloqa müraciət edirlər.

 

Ağız qoxusunun səbəbləri:

 Xüsusilə sinus və ağciyər qaynaqlı infeksiyalar,

 Şəkər xəstəliyi (aseton qoxusu kimidir),

 Böyrək çatmazlığı (balıq qoxusu kimidir),

 Qaraciyər çatmazlığı,

 Qida borusu ilə mədə arasındakı klapanın patoloji vəziyyəti,

 Maddələr mübadiləsi pozğuqluqları (diaqnozu çətin ola bilər, hərdən ortaya çıxan pis bir balıq qoxusu),

 Aclıq, pəhriz, ağız quruması, oruc olmaq (Maye qida əskikliklərində bədəndəki yağ və zülal parçalanmağa başlayır, bu maddələr mübadiləsinin qalıq məhsulları pis ağız qoxusu ilə nəticələnir).

 

Ağız boşluğu qaynaqlı Halitoz: Ağız qoxusunun səbəblərinin 87%-i ağız boşluğundan qaynaqlanır. Bunlardan 51%-i dildən, 17%i gingivitdən, 15%-i periodontitdən, 17%-ində isə bunların qarışığından yaranır. Bu tip ağız qoxuları kompleks hadisələr deyil. Səbəbi ilk müayinədə müəyyən olunur və asanlıqla mualicə olunur. Hətta bəzən qoxunun qaynağını xəstə özü göstərər.

 

Ağız boşluğu qaynaqlı ağız qoxusunun müalicəsi üçün;

 1-Dişlərinizi və diş ətlərinizi qoruyun

Diş kariesləri, diş əti iltihabları ağız qoxusunun əhəmiyyətli səbəblərindəndir. Ağız içi hər hansı bir infeksiya, bakteriya törəməsini artıracağı üçün daim ağız qoxusuna səbəb olur. Diş və diş əti xəstəlikləri əhəmiyyətli ölçüdə pis qoxu yaradır. Bu səbəblə stomatoloqun təkliflərini dinləyib mütləq diş sağlamlığı və baxımına əhəmiyyət verməlisiniz. Dişlər gündəlik olaraq hər gün ən az 2 dəfə səhər yeməkdən sonar və axşam yatmazdan əvvəl fırçalanmalıdır. Dişlərlə yanaşı həmçinin dil də fırça ilə və ya diltəmizləyiciləri ilə təmizlənməlidir.

2-Ağızda olan protez və körpülərə nəzarət edin.

 Ağız içindəki köhnəlmiş körpü və diş protezleri ir müddətdən sonra qida yığılmasına gətirib çıxaracağından pis qoxulara səbəb ola bilər. Bu vəziyyətlərdə yenilənməsi lazım olanları dəyişdirməli, əskik olan dişlərin yerləri üçün lazımlı müalicələri etdirməlisiniz.

3-Saqqız çeynəyin.

 Tüpürcək ağız qoxusu ilə mübarizədə ən güclü yoldur. İçində yemək parçacıqlarını parçalayıb mədəyə göndərəcək güclü fermentlər, güclü bakteriya öldürücü antibiotiklər vardır. Bu səbəblə şəkər kimi bəzi xəstəliklərdə, bir çox dərmanın yan təsiri olaraq ortaya çıxan ağız quruluğu daim pis qoxu yaradır. Səhərlər nə üçün ağızınızın pis iy verdiyini maraqlanırsınızsa cavab; gecə boyunca tüpürcək ifrazatı azalır və ağızınızın içindəki yemək parçacıqları uzun müddət burada dayanır. Bakteriyalar da onları  çürütdüyü üçün ağızdan pis qoxu gəlir. Beləcə səhərlər ağzınız pis iy verə bilər. Şəkərsiz saqqız çeynəmək tüpürcək ifrazatınızı artıraraq ağız təmizliyinizə köməkçi olur. tərkibində şəkər olan və şirin saqqızlar ümumiyyətlə işə yaramır və vəziyyəti daha da pisləşdirir.

4-Darçın istifadə edin

 İçkilərinizdə və uyğun yeməklərinizdə darçın istifadə edə bilərsiniz. Darçın ağzımızdakı bakteriyalarla mübarizədə əhəmiyyətli bir silahdır. Əgər varsa darçınlı şəkərsiz saqqızlar da uyğun bir təklif ola bilər.

5-Daha çox su için

 Xüsusilə yaşla artan bədən quruması bir çox istiqamətdə diqqət yetirilməsi lazım olan bir vəziyyətdir. Çox su içmək həm orqanizmə faydalıdır həmçinin də dilinizin qurumasını da önləyərək ağız qoxusu ilə mübarizədə əhəmiyyətli bir silah olaraq istifadə edilə bilər. Su ağız içindəki bakteriyaların minimumda tutulması üçün birbaşa köməkçi vasitədir. Həmçinin tüpürcək ifrazatını artırmaqğa da çox kömək edir.

6-Heç vaxt burnunuz tıxalı halda yatmayın.

 Sinusit kimi hava yolu narahatlıqları və burun tıxanmasına səbəb olan digər vəziyyətlər gecələri ağızdan nəfəs almamıza səbəb olur. Bu vəziyyət ağzı və boğazı qurudaraq bakteriyaların törəməsi üçün ideal bir mühit meydana gətirir. Azalan tüpürcək ifrazatı vəziyyəti daha pis hala gətirir. Bu səbəblə qətiyyən burnunuz tıxalı yatmamalısınız.

7-Şəkər qəbulunu qünlük azaldın.

 Ağ un, ağ şəkər, glukoza, fruktoza siropu ilə dadlandırılmış bütün hazır qidalar ağız içindəki bakteriyalar üçün inanılmaz bir xəzinədir. Bu cür şəkərləri çox asan istifadə edərək sürətlə çoxalırlar. Sadə şəkərlər diş kariesinə səbəb olur və ağız sağlamlığını böyük bir sürətlə pozurlar. Bu səbəblə şirniyyat ve konfetlərin gündəlik qəbulunu azaltmalısınız. Bu da su içmək kimi sizə onlarla faydanın yanında ağız qoxunuzun azalmasına kömək edəcək.

8-Yaxşı çeynəyin.

 Bu sayədə yeməklərlə tüpürcək ifrazatı yaxşıca qarışır və ağızda yemək parçası qalma ehtimalı azalır. Daha çox çeynəmə hərəkəti daha çox bakteriyanın yerindən qoparaq mədəyə getməsinə kömək edir.

9-Diş ipindən istifadə edin.

Diş ipi sayəsində fırçanın çıxara bilmədiyi yerlərdəki bakteriya və yemək artıqlarını təmizləyə bilərsiniz. Xüsusilə diş gövdələri arasındakı dar bölgələrdə yığılan yemək artıqları sürətli bakteriya çoxalmasına səbəb olur.

10-Siqaret çəkməyin.

Siqaret çəkmək ağız quruluğuna səbəb olduğundan ağız qoxusuna səbəb olar. Həmçinin digər bir ağız qoxusu səbəbi olan diş əti xəstəliklərinə də zəmin yaradır.

11-Su məzmunu bol olan tərəvəz (pomidor, kərəviz) və meyvələrdən (alma və s.) istifadə edin. Yeməklərinizin üzərinə cəfəri doğrayın. Əczaxanalarda satılan cəfəri yağı əsaslı kapsulalar alın.

12-Sarımsaq, soğan və ədviyyatdan qaçının. Çətin  həzm olunduğuna görə süd məhsulları da bu problemə səbəb ola bilər.

13-Qəhvə dənələri çeynəyin, portağal və ya limon qabığı sorun. Həmçinin ağız boşluğunun gigienasini qorumaq üçün ağız yaxalayıcılarından (Oral-B və s.) və pis ağız qoxusuna qarşı Oral spreylərdən istifadə edə bilərsiniz.

Yuxarıda verdiyimiz məsləhətlər sizə kömək etmirsə pis ağız qoxusunun səbəbi ağız boşluğunda olan diş və diş əti xəstəlikləri ola bilər. Bu zaman siz öz həkim-stomatoloqunuza müraciət edin.

 

Ağız Boşluğu Qaynaqlı Olmayan Halitoz: Qaynağını ağız xaricində bir yerdən alan ağız qoxusu nəzərdə tutulmaqdadır. Oral olmayan səbəblərlə ortaya çıxan ağız qoxusunun görülmə tezliyi 13%dir, bunların 4%-i qulaq-burun-boğaz, 3%-i həm oral həm qulaq-burun-boğaz, 1%-i isə həzm kanalı qaynaqlıdır. Bəzən bağırsaq qazları buna səbəb olar.

 

3. Psixosomatik halitoz:

 Belə xəstələrdə şikayətlənmə olmasına baxmayaraq əslində gerçək bir halitoz yoxdur (Psevdohalitoz). Belə xəstələri patoloji halitozdan ayırmaq çətindir. Belə xəstələrin müalicəsi üçün həkim-stomatoloq və psixiatr konsultasiyası lazımdır. Çünki belə xəstələrin bir qisimində qoxu deyil qoxu qorxusu(Halitofobiya)  vardır. 

 

Dr. Vüqar Qurbanov