AĞIZ QURULUĞU (XEROSTOMIA)

16.01.2013 18:37

   Stomatologiyada bu hal üçün "xerostomia" termini istifadə edilir. Tüpürcək vəzlərinin tüpürcək ifraz etmə funksiyalarının azalması (hiposalivasiya) nəticəsində meydana gəlir. Tüpürcək ifrazatındakı azalma ağızda olduqca ciddi problemlərin meydana gəlməsinə yol aça bilməkdədir.

  Səbəbləri:

1. Bioloji yaşlılıq: Bu təsirli bir faktordur,ancaq tək başına təsirli deyildir.

2. Sistem xəstəliklər: Rematizma xəstəliklər, İmun çatışmamazlığı, Hormonal pozuqluqlar (Şəkər), Nevroloji pozğunluqlar (Parkinsonizm).

3. Dişləmə qabiliyyətinin azalması: Əgər qida rasionunda maye və yumşaq qidalar eyni miqdadirsa dişləmə funksiyası azalır.

4. Tüpürcək vəzlərinin cərrahı olaraq çıxarılması

5. Radioterapiya (Radiasiya tüpürcək vəzlərinə qalıcı ziyan törədir.)

6. Dərmanlar (400-dən çox dərman növü ağız quruluğu yaradır: dekonjestanlar, diuretiklər, təzyiq dərmanları, antidepresantlar, antihistaminlər və s.) kafenin və spirt qəbulu

Əlamətləri:                                                 

- dildə yanma hissi

- xüsusilə quru yeməklər üçün yemə çətinliyi

- danışma çətinliyi

- tez-tez susamaq

- protez istifadə etməkdə çətinlik

- dodaqlarda çatlar və quruluq

- dad pozuqluğu

- pis ağız qoxusu

   Ağız quruluğu nələrə gətirib çıxadır?

Tüpürcəyin az olması ciddi problemləri də özü ilə gətirir. Bakteriyalar və yemək artıqları asanca yığılır. Bu, dişəti xəstəlikləri və kariesi sürətləndirir. Tükürüğün öz başına yumaq təmizləmək mexanizmi diş səthlərini təmiz tutmağa kömək edir. Tüpürcək kariesin qarşısını alır, diş səthini təmizləyir və turşuları neytrallaşdırır. beləcə də karies yaranmasının qarşısı alınır.

   Ağız quruluğu necə idarə altına alınar? necə müalicə edilər?

- Tez-tez qurtum qurtum su içilməli, gecə yatarkən yanında maye içki, su saxlanılmalıdır.

- Şəkərsiz saqqız çeynənilməlidir.

- Siqaret, spirt, şəkərli yeməklərdən uzaq dayanılmalıdır.

- Yaşanılan otağın rütubətliliyi və quruluğu tənzimlənməlidir.

- Lazım olsa əczaxanalardan təmin edilə bilən süni tüpürcək həbləri istifadə edilməlidir.

- Bakteriya artlası nəzarət altına alınmalıdır.

- Floridli diş pastası, jel, qarqara istifadə edilməlidir.

- C vitamini istifadə edilməlidir.

- Tərkibində spirt və natrium sülfat olan ağız və diş baxım məhsullarından istifadə etməməlidir.

- Xerostomia, ciddi ağız narahatlıqlarına yol aça bilər; laqeydlik edilməməlidir!