Adsız Not

05.04.2014 22:00

   XXI əsr, Paradoks. Özünü buraxmiş gənclik, amma hələ də şerə aldanan qizlar. Ciddi yox, yalan sözlərə uyanlar, kayfa qulluq edenlər. Yadıma bir mahnı düşdü: "Bana yalanlar söyle hiç sevmesen de!"

   Başsız qalanlar, evdən kayfa dəstəq alanlar, ağılsız valideyinlər, gənclik ehtirası hələ də içində qalan analar. Yadıma bir atalar sözü düşdü. "Çobansız sürünü qurd basar!" Bir də yadıma bu yaxınlarda oxuduğum məqalədən yazı düşdü: "Çobansız sürünün "bebe" Kuzusunu lüks restorantlarda kurt' ta yer it, köpek, çakal da"

   Bu atalar sözündən xoşum gəlir: "Anası çıxan ağacı qızı budaq-budaq gəzər!" Bir də atalar sözünə inanmayanlar var haaa...

   Pula uyanlar, puldan doymayanlar. Evdə çox qazanan evin rəyisi oldu. Vay o kəslərə ki evdə arvadından az pul qazana! :))

   Bir də "balıqlar", "ağ balıqlar" və Suda-quruda yaşayanlar... Yay bitdi sudan quruya çıxdıq amma soyuq deyil deyə hələ də geyınmirik. Yəqin "isidən" kimsə, nəsə var! Sudan quruya çıxdıq amma günə çıxmadıq, günə çıxdıq amma "ağ günə" çıxmadıq!

   Və... hələ sudaykən yazdığım status: "Bir zamanlar, Bakıda, qızı şalvar geyinir deyə narazılıq eden dayday indi qızı şalvar geyinsin deyə dua edir. Bir neçə ildən isə qızı geyinsin deyə yalvaracaq. Heç olmasa nəsə geyinsin deyə. Bakı, dostum, hara belə..? ;))"

   Yenə yadıma bir hadısə düşdü amma yazmayacam bunu... Dərinə getsəm 18+ yazmalı olacam. Onu da yazsam elə ən çox 18-dən aşağılar girib baxacaq. :)) Ondansa saxlasam yaxşıdır! "Çikek dalında, laf tadında güzel." - Bu da məndən olsun! :))