AFTA və UÇUQ

16.01.2013 16:58

   Afta ağız içərisində tez-tez yanaq və dodaqın selikli qişasında, dil üzərində, yumşaq damaqda, faringisdə, diş əti üzərində görülən solğun sarı-qırmızı halqa şəkilli, olduqca ağrılı, xoralaşmış lezyonlardır. Cəmiyyətin 18-20%-i az ya da çox olaraq afta problemi ilə qarşılaşmışdır. Qadınlarda daha tez-tez rast gəlinir. Afta ümumiyyətlə tək olaraq müşahidə olunsa da eyni anda bir neçə bölgədə birdən çox görülə bilər. Aftanın meydana gəlmə səbəbini təyin etmək üçün müxtəlif araşdırmalar aparılmışdir. Ancaq aftanın meydana gəlməsini sürətləndirici və ya yaxşılaşmasını gecikdirən bir çox faktor müəyyən olunmasına baxmayaraq səbəbi tam olaraq təyin oluna bilməmişdir. Bu səbəblə aftanın yarama səbəbini deyil sadece meydana gəlməsini sürətləndirən və yaxşılaşmasını gecikdirən faktorlardan bəhs etmək mümkündür.

Aftanın meydana gəlməsində hansı faktorlar əhəmiyyətlidir?

1. STRESS

İndiki vaxtda migren, yüksək təzyiq və gastrit kimi bir çox xəstəliyin səbəbləri arasında qəbul edilən stress aftanın da meydana gəlməsinin ən əhəmiyyətli səbəblərindən biridir. Xanımlarda premenstural gərginlik dövrü də afta meydana gəlməsini sürətləndirən faktorlardandır.

2. YEMƏKLƏR

Sitrus bitkiləri, sirkə, turşu, kartof cipsi, duzlu və ədviyyatlı çərəzlər kimi ağız mukozasını qıcıqlandıran yeməklər aftanın meydana gəlməsini sürətləndirən əhəmiyyətli faktorlar arasında sayılmaqdadır. Bunların yanında bəzi orqanizmlər üçün allergik ola bilən quru buğda, çovdar, arpa, şokolad, fındıq, qabıqlı dəniz heyvanları, soya, pomidor, bəzi badımcan, alma, əncir, pendir kimi yeməklər də afta meydana gəlməsini sürətləndirərlər.

3. ZƏDƏ

Yanaq, dil, dodaq dişləmə, sərt yeməklərin travması və yumşaq olmayan diş fırçalama əməliyyatları və yaxşı adaptasiya olmayan protezlerin səbəb olduğu zədələr afta yaranması üçün uyğun şəraitin meydana gəlməsinə köməkçi olurlar.

4. DİŞ PASTASI

Diş pastalarının təmizləmə xüsusiyyətini artırmaq üçün tərkibinə əlavə olunan "natrium lauryl sulhate" ( SLS ) mukoza hüceyrələrinin dağıtmasını artıran bir kimyəvi maddədir. SLS bu xüsusiyyəti afta meydana gəlməsinə birbaşa təsirli olan bir maddədir.

Xüsusilə afta problemi olan kəslərin istifadə edə bilməsi üçün indiki zamanda daha az nisbətdə (1.25%) SLS tərkibli diş pastaları çıxarılmışdır. (Tom's of Maine Natural Toothpaste , oral-B Sensitive Fluoride Toothpaste.)

5. SİSTEMİK XƏSTƏLİKLƏRİ

Behçet Xəstəliyi: Genital xora, konyuktivit, retinit, leykositoz kimi, bir çox sistemik ifadə edilən, ağız içərisində təkrarlayıcı aftalarla özünü göstərən bir xəstəlikdir. Bir çox malign və autoimmun xəstəliklərlə birlikdə də təkrarlayıcı aftlar görülə bilər.

6. DİGƏR SƏBƏBLƏR

B12 vitamini və dəmir çatmazlığı, siqaret çəkmə, tütün çeynəmə kimi vərdişlərin də afta meydana gəlməsinə iştirak edən əhəmiyyətli faktorlar olduğu bilinməkdədir. 

Müalicə

 Afatlar hər hansı bir müalicə tətbiq olunmasa da ümumiyyətlə 7-10 gün sonra özbaşına yaxşırlar. Afta problemi ilə qarşı-qarşıya olanların aşağıda sıralanan əməliyyatlardan birini ya da bir neçəsini tətbiq etdiklərində daha rahat keçirmələri mümkündür: 

1. Ağrını azaltmaq və yaxşılaşma periodunu qısaltmaq üçün:       

2. İsti, çox turş, çox duzlu və s. kimi qıcıqlandırıcı qidalardan uzaq durmaq.

3. "2%-li hydrogen peroxid" mayesinə batırılan pambıq ya da tənzif ilə afta bölgəsi təmizlənməli.

4. Su ilə karbonat qarışığından hazırlanan incə quruluşlu bir krem aft üzərinə sürtülməlidir.

5. Yarım stəkan suya yarım qaşıq duz əlavəsi ilə əldə edilən məhlulla gündə üç dəfə qarqara edilə bilər,

6. Yeməklərdən əvvəl afta bölgəsinə "xylocaine" ya da ağız üçün hazırlanmış anestezik kremlər tətbiq oluna bilər.

7. Aft üzərinə tətbiq olunacaq "orabase", "Gly-oxide", "Cankaid","Ambesol" kimi ağız içi kremlər tətbiq oluna bilər.

8. "Sucralfate" həbi ilıq suda əridib qarqara edilə bilər.

9. Xüsusilə aftanın başlanğıc mərhələsində "tetrasiklin" həbi suda əridərək əldə edilən məhlul ilə qarqara etmək aftanın çox böyüməsinə mane olur və ağrını azaldır.

10. Yenə aftanın başlanğıc mərhələsində bölgəyə bir topikal steroid "0.1% triamcinalone" tətbiq olunması ya da steroidli bir qarqara "betamethasone syrup" ilə qarqara etmək aftanın çox böyüməsinin qarşısını alır və ağrını azaldır.

11. "Chlorhexadine" qarqaralar yaxşılaşma periodunu qısaldar.

12. "Tetrasiklin" sirop la hazırlanan 12,500 modul "nystatin", 1.25 mg "diphenhydramine", və 0.25 mg/m "hydrocortisone" qarışığı 'shotgun' solusyonu olaraq istifadə edilə bilər.

13. “MetrogilDenta” pastası müvafiq nahiəyə çəkilə bilər.

 

 AFTA ilə UÇUQ arasındakı fərqliliklər:

 Aft ilə uçuq ümumiyyətlə eyni əlamətləri göstərdikləri üçün həmişə bir-birləri ilə qarışdırılır. Ancaq aralarında bir çox təməl fərqlər vardır:

AFTA

1. Qətiliklə ağız içərisində meydana gəlir.

2. Yoluxucu deyil.

3. Aftanın meydana gəlməsinə viruslar səbəb olmur.

UÇUQ

1. İçi su yığmış kiçik qabarcıqlar (blisters) şəklində başlayır.

2. Nadir olaraq ağız içərisində olsalar da ümumiyyətlə ağız xaricində meydana gəlirlər. Afta ağız içərisində bütün bölgələrdə ola bilməsinə qarşı uçuq ümumiyyətlə ağız içərisində damaq tavanı kimi hərəkətsiz bölgələrdə olur.

3. Yoluxucudur.

4. Viruslar tərəfindən meydana gəlir.

 

UÇUĞUN ƏLAMƏTLƏRİ NƏLƏRDİR?

        Uçuq çıxmadan əvvəl özünü müəyyən edir (0-24 saat əvvəldən); qarışqalanma, qaşınma, yanma, sızlama hiss edilir. Bunu o bölgənin qızarması, şişməsi və daha sonra da içi maye dolu qabarcıqların ortaya çıxışı izləyir. Bu qabarcıqlar danışarkən, gülərkən, yeyib içərkən ağrılı və iztirab verirlər. Bir müddətdən sonra quruyub çatlayır və açılaraq görünüşü pozan çirkin bir yara halına gəlir.

 

      BAŞQASINA NECƏ KEÇİR?

        Uçuq, ön əlamətləri ilə açıq yaranın bağlanması müddəti arasında yoluxucudur. Uçuğu olan bir adamın istifadə etdiyi, dəsmal, stəkan, çəngəl, qaşıq və s. əşyalardan və uçuqlu adamın öpməsi nəticəsində yoluxa bilər. Uçuq virusu (Herpes simpleks) ilə insan ümumiyyətlə ilk dəfə kiçikkən (0-5 yaş) tanış olur. Uçuğu olan ailə fərdlərindən birinin "Sevgi dolu" öpüşü nəticəsində uçuq virusu bədənə girir. Əksəriyyət insanlarda fərq edilməyən kiçik qızartılar şəklində ortaya çıxır; ağız içi, diş ətləri və dodaqlar infeksiyalaşır. Amma bəzi həssas orqanizmlərdə ciddi infeksiya şəklində müşahidə olunur.

       

 DİQQƏT! UÇUQ YOLUXUCUDUR!

1. Uçuğa toxunulmamalıdır. Toxunulsa əllər çox yaxşı yuyunmalıdır.

2. Qadınlar makiyajlarını çıxararkən xüsusilə çox diqqətli olmalıdırlar. Qətiliklə gözlərə toxunulmamalıdır.

Xüsusilə körpələr, uşaqlar və digər insanlar öpülməməlidir.

3. Uçuqlu insanın istifadə etdiyi dəsmal, stəkan, çəngəl, qaşıq və s. əşyalar ayrılmalı və başqalarının istifadə etməsinə icazə verilməməlidir.

4. Yemək zamanı, içərkən istifadə edilən yemək və içki qalıqlarını xüsusilə uşaqlarla paylaşılmamalıdır.

5. Uçuq və uçuq yarasının qabığı ilə oynamaq olmaz. (Barmaqlara uçuq virusu bulaşdırarkən, uçuq yarasına da digər mikroblar bulaşdırılır.)

 

 

        Uçuq virusu (Herpes simpleks) bədənə girdikdən sonra o bölgədəki yerləşir və istənməyən bu qonaq, bədənin zəiflədiyi bir zamanda çoxalır və uçuq şəklində meydana çıxır.

- Stress

- Həddindən artıq yorğunluq, yuxusuzluq

- Həddindən artıq günəş işığı və UVŞ şüaları

- Digər infeksiyalar

- Aybaşı dövrü, hamiləlik kimi vəziyyətlərdə virus aktiv hala keçə bilər.

 İDARƏ EDİLƏ BİLƏRMİ?

   Əvvəlcə uçuğa yoluxmadan çəkinmək lazımdır. Məsələn stressə bağlı olaraq inkişaf edər isə; stresimizi azaldacaq boşalma texnikalarını öyrənmək. Yorğunluq və yuxusuzluq səbəb isə; istirahət etmək və yaxşı yatmaq. Günəş səbəb olur isə; dodaqlar üçün qoruyucu krem ya da yüksək qoruma faktorlu günəş yağı istifadə etmək və şapka ilə yüzü günəşdən qorumaq lazımdır. Bütün alınan tədbirlərə baxmayaraq uçuq yenə də yyaranırsa. Ön əlamətlər (qarışqalanma, qaşınma, yanma, sızlama) hiss edildiyində o nöqtəyə qısa aralarla antivirusal bir uçuq kremini tətbiq etmək lazımdır. Uçuq ya heç çıxmayacaq ya da çıxsa belə yüngül keçiriləcək. 

ƏN TƏSİRLİ ŞƏKİLDƏ NECƏ MÜALİCƏ EDİLƏR?

        Əvvəldən bəzi maddə və dərmanlayar uçuğun verdiyi narahatlığı azaltmaq üçün istifadə edilmişdir:

1. Spirt və antiseptik dərmanlar - uçuğun üzərindəki bakteriya infeksiyasının inkişafını mane olur.

2. Ağrı kəsici dərmanlar - uçuğun səbəb olduğu ağrını azaldır.

3. Buz tətbiq etmək - ağrını azalda bilər

4.  Halbuki indiki vaxtda təsirli müalicədə istifadə edilən antiviral uçuq kremləri, dəridən keçərək uçuq virusuna (Herpes simpleks) təsir edər və dəriyə zərər vermələrini mane olur.        

KİMLƏR XÜSUSİLƏ RİSK ALTINDADIR?

- Tez-tez və ya uzun davamlı olaraq uçuq çıxırsa (Məsələn müalicəyə baxmayaraq 10 gündən daha uzun müddət davam edirsə)

- Uçuq, bir körpədə ya da 6 yaşından kiçik bir uşaqda çıxmışsa

- Dodaq, ağız və burun ətrafınızın xaricindəki bədən bölgələrində, xüsusilə də gözlərinizdə, barmaqlarınızda ya da cinsi orqanınızda uçuq çıxmışsa

- Uçuq ilə birlikdə baş ağrısı, temperatur və əzələ ağrısı kimi başqa şikayətləriniz varsa

- Uçuq sarı rəngdə irinli isə

- İmmunitet sisteminizi təsir altına alan dərmanlar, məsələn kortizonlu dərman istifadə edirsinizsə

- İmmunitet sisteminizin zəifliyi (yəni yoluxucu xəstəliklərlə mübarizə etmə gücünüzün azalmış olması) səbəbiylə tibbi idarə altındasınızsa.