DİŞ QICIRDATMA və ya DİŞLƏRİ BİR BİRİNƏ SÜRTMƏ (BRUKSIZM)
Bruksizm (diş gıcırdatma) ümumiyyətlə yuxu əsnasında olan güclü çənə hərəkətlərinin səbəb olduğu çənələri sıxma, dişləri gıcırdatma hadisəsidir. Cəmiyyətimizdə tez-tez rast gəlinır. Ümumiyyətlə bu vərdişə sahib fərdlər bundan xəbərsiz olurlar.
Diş gıcırdatmanın səbəbləri nələrdir?
Bruksizmin (diş gıcırdatması) meydana gəl səbəbləri haqqında müxtəlif görüşlər vardır. Bəzi araşdırmacılar buruksizmin dişlər arasındakı bağlanış əlaqəsinin pozulmasından qaynaqlandığını, bəziləri periferik sinir sistemindəki bir xəstəliyin səbəb olduğunu bəzi araşdırmaçılar da bu iki səbəbi də əhatə edən çox istiqamətli bir problem olduğunu irəli sürürlər.
Hissi stresslər (Hər kəs stressin bruksizmin səbəbləri arasında ən əhəmiyyətli faktor olduğu mövzusunda fikir birliyi içərisindədir. Bədənimizdə stress əlamətlərini ilk olaraq gördüyümüz yer ağız toxumalarıdır. Stress bruksizmin həm meydana gəlmə səbəbi həm də hadisənin şiddətini artıran ən əhəmiyyətli faktor olaraq təyin olunmuşdur.)
Həddindən artıq əsəbi, həssas, vasvası bir quruluşa sahib olmaq.
Malokluzyon (dişlərin düzülüş və sıralanmasındakı pozğunluqlar).
Diş gıcırdatması nəticəsində ağız və toxumalarında necə narahatlıqlar meydana gəlir və əlamətləri nələrdir?
1. Dişlərin çeynəmə səthində yaranan aşınma: Dişlərin bir-birləri ilə sürtünməsi nəticəsində yaranan aşınma bütün dişləri əhatə edə bilsə də xüsusilə ön dişlərdə daha aydın hiss olunur.
2. Dişlərin qırılması: Dişləri sıxma və gıcırdatma nəticəsində ön dişlərin künclərində arxa dişlərin çıxıntılı qisimlərində mikro çatlaqlar meydana gəlir. Rentgen ilə müəyyən oluna bilməyən bu çatlaqlar zaman keçdikcə böyüyərək dişlərin qırılmasına səbəb olur.
3. Dişlərdə həddindən artıq həssaslıq: Ümumiyyətlə soyuğa qarşı həssaslıq inkişaf edir. Ani diş sızlamaları başlayır.
4. Diş ətinin geriyə çəkilməsi və ümumiyyətlə bununla birlikdə yaranan, dişin boynunda diş əti xəttində yaranan aşınmalar: Bu vəziyyətin meydana gəlməsinə səbəb olaraq irəliləyən yaşla əlaqəli diş əti çəkilməsi ya da həddindən artıq təzyiq tətbiq olunaraq edilən diş fırçalama, bruksizm xəstəliyinin dişlərdə meydana gəlməsinə səbəb olur.
5. Dişlərdə laxlama: İllərlə çəkən gıcırdatma nəticəsində dişlər boşalaraq laxlamaya başlayır. Həddindən artıq təzyiq dişləri əhatə edən alveol sümüyünün itməsinə səbəb olur. Bu vəziyyəti kompensasiya etmək üçün dişlərin kökləri xəttində əlavə sümük çıxıntıları inkişaf edir.
6. Yanaqlarda iritasya: Xüsusilə dişləri bir-birlərinə təmas etdikləri, qapanma xəttində, yanağın iç qismində xətt ya da qabartı şəklində fibroz bir toxuma meydana gəlir. Bunun nəticısində də tez-tez yanaqlar bilmədən dişlənilir.
7. Əzələ ağrısı: Xüsusilə gicgah və yanaq bölgəsindəki əzələlərin həddindən artıq çalışması bu bölgələrdə əzələ ağrısına səbəb olur.
8. Baş ağrısı: yuxarıda ifadə edilən əzələ ağrıları bəzən də baş ağrısı şəklində özünü göstərər.
9. Çənə oynağında ağrı : Çənə oynağına həddindən artıq yüklənilmə səbəbi ilə oynaqda ağrı, səs və birləşmə ola bilər.
Yuxarida saydığımız fəsadlar buriksizm baçladığı andan etibarən ortaya çıxmaz. Hadisənin şiddətinə və müddətinə görə bəzən illər sonra meydana çıxa bilər. Bəzən isə çox az əlamət görünə bilir.
Müalicə
Müalicənin məqsədi dişlərdə çənə oynağında meydana gələ biləcək qalıcı zərərləri önləmək və ağrını ortadan qaldırmaqdır. Həkim-stomatoloq tərəfindən tətbiq olunan, yuxu əsnasında dişlərin bir-birləri ilə təmasına maneə törətmək məqsədi ilə alt və üst çənə dişlərinin arasına yerləşdirilərək istifadə edilən "gecə qoruyucuları", diş gıcırdatması simptomatik müalicəsində istifadə edilən ən əhəmiyyətli vasitədir. Ancaq gecə qoruyucularının əksər hallarda tək başına kafi olamaya da bilər.
Bu səbəblə xəstəliyin sərgilədiyi cədvələ görə gecə qoruyucularının yanında bəzi əlavə müalicələrində tətbiq olunması lazımdır:
-Stress müalicəsi,
-Rahat yatmağı təmin edici tədbirlər,
-Əzələ boşaldıcı dərman tətbiqi,
-Səhv edilmiş diş plombu və qapaqların yenilənməsi,
-Əskik olan dişlərin yerinə qoyula bilməsi üçün protez konstruksiyaları.