05.04.2014 22:13
Niyə xaricə getmək istədiyimi atama rahat başa salmaq üçün hazırladığım məqalədən çıxarışlar. :))
Nəzərə alsaq ki, orta məktəb müəllimlərinin orta aylıq əmək haqqı 128-188 manat, ali məktəb müəllimlərinin, hətta Professora qədər əmək haqqı 175-350 manatdırsa, müəllim Royanın, Faiqin, Brilliantın 1 gecede qazandığı pulu 12000:128(188) = təxminən 93(63) aya və ya 7il 9ay (5il 3ay) vaxtda qazana bilər. Professor, elimlər doktorunun isə ən yüksək maaşı ilə hesablasaq bu məbləği 12000:350= təxminən 34 ay və ya 2il 10 aya qazana bilər.
Və nəzərə alsaq ki, Nazpəri Dostəliyeva 3 500 000 manatlıq villada oturur. Müəllim ən yüksək maaşı ilə bu villanı almaq üçün yemədən, içmədən, xərcləmədən 1551 il işləməlidir.
Bir olimpiyada qalibinin birdəfəlik gəlirini hesablasaq müəllim bu pulu (400 000 manat + Porsche təxminən 60 000 + Təmirli mənzil 100 000) = 560 000 manatı 4375 aya və ya 364 il 7aya qazana bilər. Həkim əgər bəzi "ağıllı" vətəndaşlari dediyi kimi sadəcə maaşla dolanmalı olsa bu məbləğı 560 000: 117AZN= 398 il 10 aya və Azərbaycan Tibb Universitetinin ən yüksək maaş alan həkim professorları isə 133 il 4 aya bu məbləğı qazana bilər ƏGƏR ALLAH ÖMÜR VERSƏ və anadan olduğu gündən həkim-professor kimi Universitetdə çalışarsa. :))
Azərbaycanda rəsmi statistikaya əsasən, yaşayış minimumu 95 manat, müstəqil ekspertlərin hesablamasına görə isə, həmin xərclər 168 manat təşkil edir. Gəl elə minimumdan götürək 95 manatdan. Əgər bir ailədə ər və arvad müəllim işləyirsə, hər ikisi yülsək maaş alırsa və cəmi 2 məktəbli uşaqları varsa, 2x188= 376manat gəlir 4 nəfərlik ailənin minimum xərci 95x4=380manat. Deyək ki 4 manat da hər ay uşaqlara babası verir. Bəli ən yüksək maaşla və evdə hər iki valideyin müəllim işləmək şərti ilə bu ailə minimum həyat şəraitində yaşaya bilər. Bəs bu ailənin öz evi yoxdursa və ən az ayda 250manat verərək kirayədə qalırlarda bəs necə olacaq? Deməli belə olacaq ayın 1i ev yiyəsi bunlardan 250manati alacaq və bunlara 375-250= 125manat pul qalacaq. və onu da ailə üzvlərinin sayına bölsək 31manat 25 qəp. düşər. Bununla da bu ailə təxminən 10 gün, aclığa davamı olnlar isə daha 4-5gün əlavə yaşaya biləcək.
Diqqət!
1. Çox ailələrdə evdə sadəcə bir nəfər (kişi) işləyir.
2. Çox ailələrdə övlad sayi 2 və daha artıqdır.
3. Müəllimlərin çoxu ayda 188 manat maaş ala bilmir.
4. Aylıq xərclər heç də 95 manat deyil, daha da çoxdur.
5. Ailə yaşamaq üçün normal şəraiti olan evlərin kirayəsi 250deyil 300-500 manat arasında dəyişir.
6. Çoxu ailələrdə ən az bir uşaq universitet tələbəsidir və ildə 1000-4000 manata qədər təhsil haqqı ödəməlidir.
Bəs bu rəqəm digər ölkələrdə necədir? Gülməlidir?
Həkimlərin MİNİMUM aylıq əmək haqqı dövlət xəstəxanalarında aşağıdakı qiymətlərdən başlayır. Ancaq nəzərə alın ki, özəl klinika və hospitallarda bir asisstentin aylıq maaşı 18min dollar, həkimlərin və Cərrahların, Stomatoloqların aylıq gəliri ilə 30 000 ilə hətta 100 000 dollar intervalındadır.
ABŞ-da 15 min dollar
Böyük Britaniyada 7 min avro
İsraildə 7,5 min dollara yaxın
Niderlandda 6,3 min dollar
Fransada 6 min avro,
Almaniyada 5,5 min avro,
Sinqapurda 6 min dollar,
İtaliyada 5,2 min avro,
İspaniyada 5 min avro,
Danimarkada 4,6 min avro,
Finlandiya və Portuqaliyada 2,5 min avro,
Çexiyada 1,6 min,
Polşada 1,5 min avro,
Rumıniyada 650 avro.
Küveytdə 2,1 min dollar,
Çində 350 dolar
Yaponiya və Tayvanda 5,5 min dollar təşkil edir.
Keçmiş sovet respublikalarında:
Estoniyada 2,1 min,
Latviyada 1,1 min,
Litviyada 900 avro,
Belorusda 340,
Qazaxıstanda 300-800,
Ukraynada 300 dollar təşkil edir.
Türkmənistanda həkimlər təxminən bizim həkimlər qədər 180-200 dollar əmək haqqı alsalar da, həmin pula bizdəkindən 2 dəfə çox 65 kq ət, yaxud 1128 kq çörək ala bilirlər. Onu da nəzərə alsaq ki, bu ölkədə sakinlər təbii qaz, elektrik, duz və suya görə pul ödənmirlər, onda bu pulun dəyəri daha artır.
Dilənçi kimi təqdim etdiyimiz Ermənistanda sən demə həkimlərə 385 dollar məvacib verilir.
Dünyanın ən kasıb ölkələrindən olan Anqola isə həkimlərə 2 500 dollar əmək haqqı verir.
Liviyada isə həkimlər təxminən 2000,
Tunisdə 1200,
Yəməndə 1500-3000 dollar əmək haqqı alır.
İranda 1000 dollardan az əmək haqqı alan həkim yoxdur.
Türkiyədə isə bu rəqəm 1000-dən 3000-ə qədər, Şərqi Anadoluda isə 10 000 dollardır.
Bəs müəllimlər nə qədər əmək haqqı alır?
Kanadada bir təhsil işçisi aylıq 5,733 - 9,485 dollar,
Amerika Birləşmiş Dövlətlərində 4,950 - 9,118 dollar,
Cənub Afrika Respublikasında 9,330 dollar,
Səudiyyə ərəbistanında 8,524 dollar,
İngiltərədə 8,369 dollar,
Malayziyada 7,864 dollar,
Avstraliyada 7,499 dollar,
Hindistanda 7,433 dollar maaş almaqdadır.
Rusiyada müəllimin minimum əmək haqqı 600 dollar,
Belorusda 361,
Gürcüstanda 400-600,
Qazaxıstanda 440 dollar təşkil edir.
Məncə bu məqaləni atama göstərsəm 100% razı sala bilərəm. Siz nə düşünürsünüz? Artıq burnuma Avropa qoxusu gəlməyə başlayır.