İxtisas seçimi cədvəli
Namizəd əvvəlcə 1-ci sütundakı siyahıdan bitirdiyi fakültənin adını tapır və 2-ci sütunda qeyd edilmiş rezidentura ixtisaslarından özünün baza ali tibb təhsilinə uyğun olanlarını müəyyənləşdirir. Namizəd qəbul imtahanına cədvəlin 3-cü və 4-cü sütunlarında verilmiş müvafiq baza və ixtisas fənlərinin proqramları əsasında hazırlaşır (qəbul proqramları 7–66-cı səhifələrdə təqdim edilib).
REZİDENTURA SƏVİYYƏSİ ÜZRƏ İXTİSAS SEÇİMİ CƏDVƏLİ
Baza ali tibb təhsili səviyyəsində istiqamətlər (fakültələr) |
Rezidentura səviyyəsində uyğun ixtisasla |
Rezidenturaya qəbul üçün imtahan fənləri |
1 | 2 | Baza fənləri | İxtisas fənləri |
Müalicə işi, Pediatriya |
Anesteziologiya-reanimatologiya Ümumi cərrahiyyə Neyrocərrahiyyə Plastik cərrahiyyə Ürək-damar cərrahiyyəsi Uşaq cərrahiyyəsi Otorinolarinqologiya Travmatologiya-ortopediya Onkologiya Urologiya Oftalmologiya Mamalıq-ginekologiya Psixiatriya Nevrologiya Terapiya Kardiologiya Nefrologiya Qastroenterologiya Hematologiya Dermatovenerologiya İmmunologiya Allerqologiya Yoluxucu xəstəliklər Revmatologiya Endokrinologiya Narkologiya Fizioterapiya və tibbi bərpa Ftiziatriya Patoloji anatomiya, məhkəmə-tibbi ekspertiza Pediatriya Şüa terapiyası Şüa diaqnostikası Mikrobiologiya Genetika Sosial gigiyena və səhiyyənin təşkili |
İnsan anatomiyası İnsan fiziologiyası Patoloji anatomiya Patoloji fiziologiya Mikrobiologiya Farmakologiya Biokimya |
Daxili xəstəliklər (kardiologiya, pulmonologiya, qastroenterologiya, endokrinologiya, nefrologiya, hematologiya, nevrologiya, yoluxucu xəstəliklər, psixiatriya) Cərrahi xəstəliklər (ümumi cərrahlıq, xüsusi cərrahlıq) Mamalıq və ginekologiya Uşaq xəstəlikləri (uşaq xəstəliklərinin propedevtikası, neonatologiya) |
Stomatologiya | Stomatologiya Üz-çənə cərrahiyyəsi Sosial gigiyena və səhiyyənin təşkili |
İnsan anatomiyası İnsan fiziologiyası Patoloji anatomiya Patoloji fiziologiya Mikrobiologiya Farmakologiya Biokimya |
Terapevtik stomatologiya Ortopedik stomatologiya Üz-çənə cərrahiyyəsi Uşaq stomatologiyası |
Tibbi-biologiya | Mikrobiologiya Laboratoriya işi Genetika |
Biokimya Mikrobiologiya |
Klinik biokimya |
Tibbi-profilaktika | Sosial gigiyena və səhiyyənin təşkili Gigiyena Mikrobiologiya Laboratoriya işi Epidemiologiya |
Biokimya Mikrobiologiya |
Gigiyena (ümumi, kommunal, qidalanma, əmək) Epidemiologiya |
REZİDENTURAYA QƏBUL İMTAHANINA HAZIRLAŞAN ŞƏXSLƏRİN NƏZƏRİNƏ!
2013/2014-cü tədris ilindən baza ali tibb təhsili səviyyəsində tibbi-biologiya və tibbi-profilaktika istiqamətləri üzrə rezidenturaya qəbul imtahanı fənlərinin tərkibində dəyişikliklər ediləcəkdir. Belə ki, hər iki istiqamətin baza fənləri sırasına “İnsan fiziologiyası” və “Patoloji fiziologiya” fənnləri, tibbi biologiya istiqamətinin ixtisas fənləri sırasına “Genetika” fənni, tibbi profilaktika istiqamətinin ixtisas fənləri sırasına isə “Yoluxucu xəstəliklər” fənni əlavə ediləcəkdir. Əlavələr nəzərə alınmaqla imtahan fənlərinin tərkibi aşağıdakı cədvəldə göstərildiyi kimi olacaqdır.
Baza ali tibb təhsili səviyyəsində istiqamətlər (fakültələr) |
Rezidentura səviyyəsində uyğun ixtisasla |
Rezidenturaya qəbul üçün imtahan fənləri |
1 | 2 | Baza fənləri | İxtisas fənləri |
Tibbi-biologiya |
Biokimya |
Klinik biokimya Genetika |
|
Tibbi-profilaktika |
Biokimya
|
Gigiyena (ümumi, kommunal, qidalanma, əmək) Epidemiologiya Yoluxucu xəstəliklər |
Qeyd: əlavə ediləcək fənlər tünd rənglə göstərilmişdir.
Mənbə: Tələbə Qəbulu üzrə Dövlət Komissiyası